Ölkə

Ev tikmək adı ilə 29 minini mənimsədi

21 İyun 2026 00:31
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qusar rayon sakini Xırdalan şəhərində mənzil sahibi olmaq istəyərkən tanışı vasitəsilə İrşad adlı şəxslə əlaqə yaradıb və evin tikilməsi üçün ona 29 min manat pul verib. Lakin aradan bir ildən çox vaxt keçməsinə baxmayaraq, zərərçəkmişə nə mənzil verilib, nə də pulu geri qaytarılıb. Həmin şəxs isə hazırda tapılmır.

Milli.Az xəbər verir ki, şikayətçi Təhməz Rəsulov baş verənlər barəsində Baku TV-yə danışıb.

"Kənddəki torpaq sahəmi satmışdım. Üzərinə kredit götürdüyüm pulları da əlavə edərək Xırdalanda özümə mənzil almaq qərarına gəldim. Tanışımın vasitəsilə İrşad adlı şəxsi tapdıq. İlkin olaraq 20 min manata razılaşmışdıq və ev 40 gün müddətinə tikilib təhvil verilməli idi. Mən ömrümdə ilk dəfə idi ki, 29 min manat pulu bir yerdə görürdüm. Onu da gətirib İrşad adlı dələduza verdim. Pulu Aqil adlı şəxsin yanında təqdim etdim. Görünür, onların ortaq fəaliyyəti var ki, Aqil də prosesdə iştirak edirdi", - o, söyləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ev tikəcəyi vədi ilə bir nəfərin pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən İrşad Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: "Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və o, axtarışa elan olunub".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.