Hadisə

Mingəçevirdə yol qəzası: 2 nəfər xəsarət alıb

21 İyun 2026 13:14
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qadın sürücünün idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Güclü zərbə nəticəsində işıq dirəyi aşıb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.