Mədəniyyət

Cazın bahar sədaları Beynəlxalq Muğam Mərkəzindən səslənəcək

20 Fevral 2020 20:09
1 Şərh     Baxış: 3 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Ronald Beykerin konserti baş tutacaq.

Milli.Az xəbər verir ki, dünya çatında 7 solo albomu ilə "Müasir cazın ən yaxşı albomları" yerini alan ifaçı bu dəfə Bakı caz həvəskarlarının qarşısında maraqlı proqramla çıxış edəcək. Stil və formaca cəsarətli eksprimentlər edən  Beyker  1950-ci illərin cazına xas olan mürəkkəb emosional mesaj və harmoniya ilə çıxış edir. Klifford Braun və Dizzy Gillespie ənənələrini davam etdirən amerikalı truba ifaçısı və vokalist Ronald Beyker həm də dünyaca məşhur caz ifaçısı Neti Kinq Koulun davamçısıdır.

Biletləri İticket.az və şəhərin bütün kassalarından əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.