Mədəniyyət

Ehtiram Hüseynova nə olub? - Sənətçilər ağladı - VİDEO

19 Dekabr 2019 10:34
1 Şərh     Baxış: 30 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynovun Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnən mahnılardan ibarət "Qəfil gün doğsa bir gecə" adlı konserti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, konsert zamanı Ehtiram Hüseynovun səhhətinin normal olmadığı üzə çıxıb.

Belə ki, xanəndə ifaları zamanı yerindən qalxmayıb, qalxan zaman isə yeriməkdə çətinlik çəkib. Ona dəstək olmaq üçün Nəzakət Teymurova qoluna girib.

Sənətçinin ifası zamanı ağlaması isə zalda olan tamaşaçıları və sənət yoldaşlarını göz yaşlarına boğub.

Xanəndənin meneceri Nicat saytımıza açıqlamasında E.Hüseynovun səhhəti ilə bağlı "Bir az soyuqlayıb. Həm də konsertə görə həyəcanlı idi. İlk solo konserti idi" sözlərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.