Mədəniyyət

“Bizim Albert” rəqs festivalının yekun konserti keçirildi

17 Dekabr 2019 18:59
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və  Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin  birgə təşkilatçılığı ilə dekabrın 14-də Azərbaycanın Milli Qəhrəmanı  Albert Aqarunovun 50 illiyinə həsr edilmiş "Bizim Albert" adlı rəqs festivalının yekun konserti keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdən əvvəl festivalın təşkilatçıları, qəhrəmanın döyüş dostları, festivalda iştirak edən kollektivlərin rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini  ziyarət ediblər.

Festivalın məqsədi uşaq, yeniyetmə və gənclərimizdə millətindən asılı olamayaraq Azərbaycanı sevmək, qorumaq, onlarda vətənpərvərlik, qəhrəmanlıq hisslərini aşılamaq, gücləndirilmək, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.

Rəqs kollektivlərinin çıxışından əvvəl musiqişünas Pərvin Səfərlinin  Milli Qəhrəmanın həyatından, qəhrəmanlığından onun haqqında çəkilən sənədli filmlərdən  fraqmentlər nümayiş etdirməklə  hazırladığı maraqlı məruzə qonaqlara təqdim edilib.  Milli Qəhrəmanın döyüş dostları ürək sözlərini, xatirələrini dinləyicələrlə bölüşüb. Yekun konsert  Aynur Kərimbəyovanın  Milli Qəhrəmana həsr etdiyi "Vətən övladı Albert" adlı mahnısının  ifası ilə başlayıb.

Festivalda "Asiman", Baş İdarənin S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin  "Çovqan", 5 nömrəli uşaq incəsənət məktəbi, F.Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbi, Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin "Səbinə", "Alov", Cəmilə Bayramovanın "Dəcəl qızlar", Təhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi və Xəzər universitetinin  rəqs kollektivləri bir-birindən maraqlı, rəngarəng rəqslərlə çıxış ediblər. Festival çərçivəsində foyedə kiçik rəssamların əl işlərindən ibarət  sərgi təşkil edilib.

Aparıcı Leyla Həsənova bildirib ki,  bu gün münsiflər heyətinin yekdil qərarı ilə iştirak edən bütün kollektivlər və hər bir iştirakçı "Bizim Albert" festivalının qalibi elan edilir.  Yekun sözü ilə festivalın təşkilatçısı Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin direktoru , Əməkdar artist Əziz Qarayusifli çıxış edərək bütün iştirakçıları təbrik edib, gələn qonaqlara bu xeyirxah işdə dəstək olduqları üçün minnətdarlığını bildirib.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Səbail tank batalyonunun sabiq komandiri," Veteranlar birliyi"nin sədri Hacı Əzimov, döyüş dostu  Elçin Əliyev, Xalq artisti Cəmilə Bayramova, əməkdar artistlər Nigar Şahmuradova və Tahir Eynullayev, xoreoqraflar Səbinə İsmayılova, Emil Pənahov festival iştirakçılarına diplomları təqdim ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.