Aşıq Mübariz Camaloğlu şəxsi biznesi ilə bağlı yaşadığı maliyyə çətinliklərindən danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, açdığı avtoyuma məntəqəsi gözlənildiyi kimi gəlir gətirmədiyi üçün 50 000 manat banka borc yaranıb.
Camaloğlu açıqlamasında deyib:
"Bankdan 5 illik kredit götürmüşəm. Çox hissəsini ödəmişəm, sadəcə 2 ili qalıb".
Aşıq əlavə edib ki, borcun qalan hissəsini də ödəməyə davam edir.
Musa
Milli.Az





