"TikTok"da canlı yayımda 20 Yanvar və Xocalı şəhidləri təhqir olunub.
Milli.Az-ın məlumatına görə, "TikTok" sosial şəbəkəsində bir neçə şəxs 20 Yanvar və Xocalı şəhidlərinin dəyərlərini təhqir edib.
Hadisə, "Aytac_777_27" və "Seko" adlı hesabların canlı yayımında baş verib.
Sözügedən canlı yayımda şəhidlərimizin xatirəsinə qarşı mənfi və hörmətsiz ifadələr istifadə edilib.
Bu vəziyyət geniş etirazlara səbəb olub və həm sosial şəbəkə istifadəçiləri, həm də ictimaiyyət tərəfindən qəzəblə qarşılanıb.
Təhlükəsiz və etik internet mühiti təmin etmək məqsədilə bu cür təhqiramiz hərəkətlərə qarşı ciddi tədbirlərin görülməsi və məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələb olunur.
Asya Hüseyn
Milli.Az





