"Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək" - Deputat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın bu istiqamətdə apardığı uzunmüddətli gərgin işin nəticəsidir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Azərbaycan dövləti ölkəmizin mədəni irs abidələrinin qorunması istiqamətində təkcə ölkə daxilində deyil, eləcə də ölkə xaricində də mühüm işlər həyata keçirir: "Qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Əlbəttə ki, bütün bunlar gərgin əməyin, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun nəticəsində mümkün olub. Azərbaycan ötən illər ərzində mədəni abidələrin qorunması və bərpası istiqamətində xeyli işlər görüb. Cənab Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Azərbaycanın öz mədəni irsinə bağlılığı, eyni zamanda, bu istiqamətdə gördüyü işlər beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də bunun bariz nümunəsidir".
Deputat əlavə edib ki, Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə növbəti uğurudur: "Bu hadisə dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“25 il işlədim, artıq BƏSDİR”
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
Tanınmış aktrisa vəfat etdi
-
“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar





