Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı dinləniləcək.
Q.Əsgərov bildirib ki, dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məhşur menecer Lijiang Tang tərəfindən edilib. Qocaq Əsgərovun İngiltərədə verdiyi konserti dinləyən menecer onun avazını festival dinləyicilərinə eşitdirmək qərarına gəlib.
Repertuara gəlincə, azərbaycanlı xanəndə "Mahur", "Şur" muğamları, "Bayatı-Şiraz", "Şüştər" təsnifləri və xalq mahnıları səsləndirəcək. Onu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcəklər.
Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qocaq Əsgərov ictimaiyyətə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim edilib.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.
