Futbol üzrə Türkiyə Kubokunun 1/4 finalında baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" matçının baş hakimi bəlli olub.
Milli.Az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Görüşə yerli hakim təyinat alıb. Matçın start fitini Cihan Aydın səsləndirəcək.
Qeyd edək ki, matç aprelin 2-si saat 21:45-də "Ülkər stadionu"nda baş tutacaq./APA
Milli.Az