Maraqlı

Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək

31 Mart 2025 14:46
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

217 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı ikinci insanı olan Ceff Bezos iyun ayında nişanlısı Loren Sançezlə Venesiyada evlənəcək. 

Milli.Az xəbər verir ki, Bezos üç gün davam edəcək bu möhtəşəm toy üçün böyük məbləğdə vəsait xərcləməyə hazırlaşır. İngiltərənin "Daily Telegraph" qəzetinin məlumatına görə, toy tədbirləri üçün Venesiyada demək olar ki, fövqəladə vəziyyət elan edilib.

Bezos qonaqlarını yerləşdirmək üçün "Gritti Palace" və "Aman Venice" otelləri ilə yanaşı, türkiyəli iş adamı Emir Uyarın yatırımı olan, "Permak Group"a məxsus "San Clemente Palace" otelini də 26-29 iyun tarixlərində tamamilə icarəyə götürüb.

Bu prestijli otel dünyanın ən lüks otellərindən biri hesab olunur və Bezosun nağılvari toyuna ev sahibliyi edəcək. Burada otaqların bir gecəlik qiymətinin 3200 dollardan başladığı bildirilir. Toyun miqyasının böyüklüyü o həddə çatıb ki, artıq Venesiyadalı bütün su taksiləri tədbir üçün rezerv edilib.

Dünyaca məşhur Hollywood ulduzları və beynəlxalq elitanın iştirak edəcəyi bu toyda qonaq siyahısında bir çox tanınmış simanın yer aldığı deyilir. İddiaya görə, İvanka Tramp və həyat yoldaşı Cared Kuşner, Kim Kardaşyan, Eva Lonqoria, Orlando Blum və nişanlısı Keti Perri, eləcə də televiziya əfsanəsi Opra Uinfri bu dəbdəbəli tədbirdə iştirak edəcək./Qaynarinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.