"Məhəmmədəli məşhur futbolçu olmaq istədiyini deyirdi. Boksa başlayanda isə Məhəmməd Əli kimi məşhur boksçu olmaq istədiyini söylədi".
Bunu Baku TV-nin "J2-8243: Son uçuş" sənədli filmində AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan Məhəmmədəli Eqanovun anası deyib.
"Bu onun arzusu idi ki, hər kəs onu tanısın, ondan danışsın. Məhəmmədəlinin arzusu həyata keçdi. O, həyatdan köçəndən sonra hamı onu tanıdı", - deyə o söyləyib.
Milli.Az