"Pilot olmaq mənim arzum idi. Lakin atam bunu istəmirdi".
Bu sözləri Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan baş pilot İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina söyləyib.
O deyir ki, qəzadan sonra pilot olmaq arzusundan imtina edib:
"Qəza məni çox təsirləndirdi. Həmin gün o qədər qorxdum ki, bu arzumdan əlimi üzdüm". Mərhumun həyat yoldaşı Yana Kşnyakinanın sözlərinə görə, İqor bu işin xırdalıqlarını bildiyi üçün qızının pilot olmasını istəmirdi:
"Hər zaman onu inandırmağa çalışırdı ki, bu iş qızlar üçün deyil, çox çətindir". (Baku TV)
Milli.Az