Rusiya

Putinin əmlakı açıqlandı

2 Aprel 2025 00:07
Baxış: 1 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.

Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində (2021-ci il üçün) 77 kvadratmetr mənzil, 18 kvadratmetr qaraj, iki köhnə "Volqa" QAZ-M21, "Niva" yolsuzluq avtomobili və "Skif" qoşqusu qeyd olunub. Putin, həmçinin 153.7 kvadratmetr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir. Həmin il prezidentin gəliri təxminən 10.2 milyon rubl (təxminən 204.5 min manat) təşkil edib. Eyni əmlaklar Putin tərəfindən 2024-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim edilən bəyannamədə də qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.