Siyasət

Ermənistan sülh gündəliyinə sadiqdir - Paşinyan

1 Aprel 2025 23:47
Baxış: 619

Ermənistanın Baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, onlar regional əhəmiyyətli məsələləri müzakirə ediblər.

Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin razılaşdırılması barədə danışılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.

Öz növbəsində, F.İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.