Şou-biznes

Xalq artsiti: "Özümü ev dustaqlığında hiss edirəm"

15 Noyabr 2025 15:41
Baxış: 428
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirəm. İndi bu cəzanın nə qədər çəkəcəyini yaradan bilir".

Milli.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. 

Aktyor ona heç bir teatrdan dəvət gəlmədiyini xatırladıb: 

"Yaşla əlaqədar teatrdan, səhnədən ayrılmışam. Özüm çəkilmək istəyirəm, amma heç bir yerdən dəvət də yoxdur. Dəvət etsələr, qəbul edərəm. Uzun müddətdir Mingəçevir Dövlət Teatrında işləyirdim, bir neçə ay əvvəl oradan çıxdım. İndi boş-bekaram. Unudulmuş kimiyəm. Evdə çox darıxıram, amma neyləmək olar. Dözümlü adamam, özüm-özümə təskinlik verirəm. Fikirləşirəm, gözümün qarşısına həbsdə olanlar gəlir. Onlar 15-20 ili həbsxanada necə keçirir? Adam gərək özünə təskinlik də verə bilsin".

Valeh Kərimov sənət dostları ilə tez-tez hal-əhval tutduğunu da gizlətməyib:

"Səhhətim qaydasındadır, hər kəsə salamım var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.