ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb London İqtisadiyyat Məktəbində keçirilən tədbirdə deyib.
"ABŞ administrasiyasının heç bir ciddi nümayəndəsindən NATO-dan çıxmaq barədə heç bir şey eşitməmişəm", - Stubb qeyd edib.
Finlandiya Prezidenti ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərərək müdafiə xərclərini artırmalarını və təhlükəsizliklərinə dair daha çox məsuliyyət daşımalarını istəməsinin doğru olduğunu bildirib.
Milli.Az