“Böyük Qafqaz”ın qalibi sən ol!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosasiyası" növbəti bir layihə həyata keçirməyə hazırlaşır. Onların birgə təşkilatçılığı ilə 29 mart 2025-ci il tarixində Şəki şəhərində "Böyük Qafqaz" incəsənət və rəqs müsabiqəsi baş tutacaq. Müsabiqə Şəki şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək.
"Böyük Qafqaz" müsabiqəsinin yenidən keçirilməsi hər kəs tərəfindən böyük maraqla qarşılanıb və artıq həm Bakı şəhərindən, həm də bir çox bölgələrdən müraciətlər qeydə alınıb.
Qeyd etmək lazımdır ki, müsabiqədə iştirakçılar həm xalq rəqsləri, müasir rəqslər, bal rəqsinin stilizasiyası, klassik rəqs növləri üzrə, həm də xalq çalğı alətləri, klassik alətlər, vokal və incəsəntin digər növləri(teatr, bədii qiraət, modelyerlik, təsviri incəsənət) üzrə çıxış edə bilərlər.
İllərdir, təşkil olunan bu uğurlu layihələrin rəhbəri olan "Azərbaycan Rəqs Assosasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə vurğulayır: Məqsədimiz rəqs və digər incəsənət növləri üzrə çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. İnanıram ki, bütün uşaqlar istedadlıdır və biz onlara yalnız özlərini ifadə etmək imkanı veririk. Keçiriləcək bu və digər bütün müsabiqələrdə yarışan hər bir iştirakçılara uğurlar diləyirəm".
O, bildirib ki, Şəki şəhərinin seçilməsi barədə bildirib ki, məqsəd əhatə dairəsinin genişləndirilməsi, bölgələrdəki incəsənətlə məğul olan uşaq və gənclərin, rəqs kollektivlərinin də tədbirə cəlb olunmasıdır. O həm də bu cür müsabiqələrin həm uşaq və gənclərin inkişafı, təkmilləşməsi üçün vacib olduğunu qeyd edib. Müsabiqəyə qatılan bütün iştirakçılara müvəffəqiyyət arzulayıb.
Hər bir incəsənət sahəsi üzrə çıxışlar münsiflər tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndiriləcək, qaliblər müəyyən olunacaq. Müsabiqənin qalibləri sonda mükafatlandırılacaqlar.
Müsabiqənin münsiflər heyəti ölkəmizin dəyərli, əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarətdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
XƏBƏR LENTİ
-
Bu bürclərin kişiləri sizi aldatmayacaqlar
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb





