Aktyor Elvin Ağayevin səhhətində yenidən problem yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Xəstəxanadan foto paylaşan Elvin bu sözləri yazıb:
"Yenə də xəstəxanada.... Xəstəxanaya gələndə həm pis oluram, həm də yaxşı... Pis oluram ki, canım ağrıyır. Yaxşı təsir edir, ona görə ki, 3 il bundan əvvəl Allahıma bu yataqda daha da yaxın oldum, onunla danışdım, onunla dərdləşdim, ondan bağışlanmaq istədim. Mənə şans verdi. İndi hər dəfə bir problemim olanda, xəstəxanaya yatmağa gələndə elə hiss edirəm ki, rəbbim məni danışmağa çağırır. Allahımın verdiyi hər sınağa şükür olsun".
Qeyd edək ki, Elvin qaraciyər sirrozundan əziyyət çəkirdi. Ona bacısı donor olmuşdu.
Milli.Az