Hadisə

Bakıda qadın həbsdəki ərinə narkotik keçirmək istədi - FOTO

31 Mart 2025 14:05
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.

Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.