Dünya

Zelenskinin qazancı açıqlandı

31 Mart 2025 07:01
Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qrivna (təxminən 361 min dollar) qazanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat xidməti məlumat yayıb.

"Xüsusilə, daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib. Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət başçısının ailəsinin balansı ciddi dəyişməyib", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.