Ölkə

Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ - FOTO

31 Mart 2025 15:04
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a onun yaxınları məlumat verib.

1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirir.

H.İbrahimov ölkəmizin ən yaşlı seçicisi idi. O, Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayır.

O, uzun müddət mühasib vəzifəsində çalışıb. İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra ailə həyatı qurub. Onun bu nikahdan 8-i qız, ikisi oğlan olmaqla 10 övladı dünyaya gəlib. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var.

2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.