MEMİM teatr sənəti üzrə yazı müsabiqəsi elan edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir.
Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı və təşkilati dəstəyi ilə keçirilən müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur.
Müsabiqənin əsas məqsədi teatr proseslərinə tənqidi, nəzəri-konseptual baxışın gücləndirilməsi, gənc və istedadlı müəlliflərin aşkara çıxarılması, eləcə də səhnə əsərlərinin peşəkar təhlilinin təşviq edilməsidir.
Yaşı 18-dən yuxarı müəlliflər müsabiqədə iştirak edə bilərlər.
Təqdim ediləcək yazılar cari teatr prosesinin aktual məsələləri və repertuarlardakı tamaşaların təhlili ilə bağlı problem-məqalə, resenziya və esse janrlarında olmalıdır. Yazılar müsabiqə elanından sonra hazırlanmalıdır. Müsabiqənin nəticələri açıqlandıqdan sonra yazılar dövri mətbuatda dərc edilə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər 30 iyun 2026-cı il tarixinədək müvafiq formanı (https://docs.google.com/forms/d/e/1FAIpQLSd_Dg0uouP5VBfWDIsTuq35y5DKOelrBmOSNtYhOt31jkhryQ/viewform) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Yazılar 31 iyul 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək. Mətnlər Times New Roman şrifti ilə 12 ölçüdə yığılmalı və ümumi həcmi 10 A4 vərəqindən çox olmamalıdır.
Yazılar sahə üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim olunacaq, qaliblər isə diplom və pul mükafatı ilə təltif ediləcək.
Müəlliflər "Ən yaxşı resenziya", "Ən yaxşı problem-məqalə" və "Ən yaxşı nəzəri esse" nominasiyalarından yalnız biri üzrə bir yazı təqdim edə bilərlər. Birgə müəllif yazıları qəbul olunmur.
Hər nominasiya üzrə qalibə 500 AZN pul mükafarı nəzərdə tutulur.
Teatr sənətinə marağı olan hər kəsi müsabiqədə fəal iştirak etməyə dəvət edirik.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
MEMİM teatr sənəti üzrə yazı müsabiqəsi elan edir
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
İTV-nin baş direktoru o SEÇİLDİ
-
"Vətən müharibəsi" qazisi VƏFAT ETDİ - FOTO
-
Prezident İlham Əliyev: Özümüzü buğda ilə cəmi 55 faiz təmin edirik
-
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
-
Prezident İlham Əliyev: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir
-
"Xoşqədəmin həmin an sanki "qanadları çıxdı""
-
MEMİM teatr sənəti üzrə yazı müsabiqəsi elan edir
-
Prezident İlham Əliyev: May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram
-
Bu qurbanlıq heyvan 16 740 manata satılır
-
"İranla razılaşma ya möhtəşəm olacaq, ya da olmayacaq"
-
Aysunun keçmiş əri 4-cü dəfə ATA OLDU - İlk FOTOlar
-
Prezident İlham Əliyev: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır
-
Prezident İlham Əliyev: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir
-
“Tarqovu”da gənc qızın qəribə hərəkətləri DİQQƏT ÇƏKDİ - VİDEO
-
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Sürücülərə ŞAD XƏBƏR: Bu yolun bərpasına başlanıldı
-
İllüziyaçı 4 nəfəri YOXA ÇIXARDI - VİDEO
-
Sabah işdən tez ÇIXA BİLƏCƏKSİNİZ
-
Xamenei üz, baş və ayağından xəsarət alıb - RƏSMİ
-
Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib
-
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar - FOTO
-
"Borca 150 avro verdi ki, sonra qaytararsan"





