Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad fabrikində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mediatur keçirilib.
Mediatur zamanı jurnalistlər fabrikin istehsal sahələri, müasir texnologiyaları, keyfiyyətə nəzarət prosesi, məhsul portfeli və ixrac imkanları ilə yaxından tanış olublar.
Bildirilib ki, 25 illik zəngin tarixə malik "Ulduz" brendi bu gün istehlakçılara müxtəlif zövqlərə uyğun 200-dən çox məhsul çeşidi təqdim edir. Müəssisə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, hazırda 300-ə yaxın vətəndaşı daimi iş yeri ilə təmin edir.
İstehsalatın beynəlxalq standartlara uyğun qurulması və milli sənaye potensialının gücləndirilməsi məqsədilə fabrikə ümumilikdə 55 milyon avro həcmində investisiya yatırılıb. Fabrik səmərəliliyi, təhlükəsizliyi və yüksək məhsuldarlığı təmin edən müasir avadanlıqlarla təchiz olunub.
Qeyd olunub ki, "Ulduz" yerli istehsalı həm daxili, həm də xarici bazarlarda uğurla təmsil edir. Şirkət "Made in Azerbaijan" brendi altında dünyanın 20-dən çox ölkəsinə rəqabətədavamlı məhsullar ixrac edir.
Fabrikdə keyfiyyətə nəzarət istehsalın bütün mərhələlərini əhatə edən kompleks yanaşma əsasında həyata keçirilir. Keyfiyyətli xammal, müasir istehsalat, peşəkar komanda, düzgün logistika, effektiv marketinq və satış sistemi şirkətin "Keyfiyyət Zənciri"nin əsasını təşkil edir.
Mediatur çərçivəsində bildirilib ki, müəssisə əməkdaşların peşəkar inkişafına, yerli mütəxəssislərin dəstəklənməsinə və gənc kadrların hazırlanmasına xüsusi önəm verir. Aparıcı universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələrə real iş mühitində təcrübə imkanı yaradılır.
Sonda jurnalistlərin sualları cavablandırılıb, istehsal prosesi, ixrac istiqamətləri, keyfiyyət standartları və fabrikin gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Ulduz" Şokolad fabriki Veysəloğlu Şirkətlər Qrupuna daxildir və Azərbaycanın qida sənayesində yerli istehsalı, məşğulluğu və ixrac potensialını dəstəkləyən aparıcı müəssisələrdən biridir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Tarqovu”da gənc qızın qəribə hərəkətləri DİQQƏT ÇƏKDİ - VİDEO
-
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Sürücülərə ŞAD XƏBƏR: Bu yolun bərpasına başlanıldı
-
Sabah işdən tez ÇIXA BİLƏCƏKSİNİZ
-
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar - FOTO
-
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
XƏBƏR LENTİ
-
“Tarqovu”da gənc qızın qəribə hərəkətləri DİQQƏT ÇƏKDİ - VİDEO
-
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Sürücülərə ŞAD XƏBƏR: Bu yolun bərpasına başlanıldı
-
İllüziyaçı 4 nəfəri YOXA ÇIXARDI - VİDEO
-
Sabah işdən tez ÇIXA BİLƏCƏKSİNİZ
-
Xamenei üz, baş və ayağından xəsarət alıb - RƏSMİ
-
Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib
-
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar - FOTO
-
"Borca 150 avro verdi ki, sonra qaytararsan"
-
İtaliya əsilli futbolçu: "Azərbaycan millisinin formasını geyinmək böyük şərəfdir"
-
Rusiya bir gecədə bu qədər PUA vurdu
-
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
-
Bakı-Tbilisi qatarında bu sənədləriniz mütləq olmalıdır
-
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Müəllimini güllələyən şagirdin məhkəməsi BAŞLADI
-
Messi ilə bağlı pis XƏBƏR
-
Azərbaycanda məşhur bazarın fəaliyyəti dayandırıldı - VİDEO
-
Rəvan 3-cü xanımı ilə FOTO paylaşdı
-
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
-
“Araz-Naxçıvan”dan getdi
-
Tarix Əliyevlə bağlı qərar verildi
-
Bakıda ər-arvad öldürüldü
-
Qohumları ilə ilk dəfə görüşən Xalq artisti KÖVRƏLTDİ - VİDEO





