Tarix Əliyevlə bağlı qərar verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilib.
Milli.Az xəbər verir ki, məhbus xanımı Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
İddiaçı qadın buna səbəb kimi Tarix Əliyevin 8 iyun 2025-ci il tarixdə "TikTok"da canlı yayım zamanı məhbus ailələrini təhqir etməsini göstərib.
Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayev xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib.
Bundan sonra iddiaçı və onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu instansiya da Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.
Sonda Ali Məhkəməyə üz tutan iddiaçı kassasiya şikayətində bildirib ki, məhkəmə cinayətin bilavasitə obyekti və ünvanlılıq məsələsinin yanlış qiymətləndirib. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunur ki, təhqir konkret şəxsə və ya "kifayət qədər müəyyən edilə bilən şəxslər qrupuna" yönəlməlidir. Lakin "müəyyən edilə bilən qrup" anlayışı o demək deyildir ki, ifadə mütləq fərdi ad və soyadla çəkilməlidir.
Plenum Qərarının məhz bu hissəsində "kifayət qədər müəyyən edilə bilən qrup" anlayışının məqsədi ifadənin obyektiv surətdə konkret şəxs(lər)i hədəf alma ehtimalını istisna etməməkdir.
"Hazırkı iş üzrə təhqiramiz ifadə konkret sosial qrupa, məhbuslara və onların ailə üzvlərinə yönəlib və bu ifadənin geniş izləyici kütləsinə sahib olduğu sosial şəbəkədə canlı yayımda səsləndirilməsi şikayətçinin özünü birbaşa bu qrupun üzvü kimi hiss etməsinə və mənəvi zərər çəkməsinə səbəb olub. Bu, CM-in 148-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəliliyi və obyektiv tərəfi tam şəkildə əks etdirir.
Məhkəmə ifadəni "mücərrəd və ümumiləşdirilmiş" hesab edib, lakin ifadənin "mücərrəd" hesab edilməsi əsassızdır, ifadənin konkret mühitdə, yəni şikayətçinin həyat yoldaşının da daxil olduğu "məhbuslar" qrupuna dair müzakirə zamanı səsləndirilməsi, onun ictimai yayımı və məzmunu birgə nəzərdən tutulduqda, ifadənin konkret şəxsin mənəvi sferasına yönəldiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Əks təqdirdə, hər hansı ictimai qrupa ünvanına səslənən, lakin konkret şəxsə mənəvi zərər yetirən ifadələr tam cəzasız qalardı ki, bu da cinayət hüququnun müdafiə məqsədi ilə ziddiyyət təşkil edərdi" - şikayətdə qeyd olunub.
Məhkəmə kollegiyası əvvəlki instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edib ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayəti yalnız birbaşa qəsdlə törədilə bilər və bu qəsd konkret şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəlməlidir. İş materiallarında Tarix Əliyevin niyyətinin məhz şikayətçinin və ya onun daxil olduğu konkret şəxslər qrupunun şərəf və ləyaqətini alçaltmağa yönəldiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də xüsusi ittiham qaydasında verilmiş şikayət təmin edilməyib. /xitab24.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





