Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bu günün qoroskopunu təqdim edir.
Qoç
Həftəyə iş həyatınız, gündəlik öhdəlikləriniz və sağlamlıq mövzuları ilə aktiv bir giriş edirsiniz. İntuisiyalarınız sizə iş layihələrində maraqlı çıxış yolları göstərə bilər. Detallı və planlı işləmək diqqətdən qaçan bəzi kiçik xətaları düzəltməyə kömək edəcək. Şəxsi həyatınızda və ya rəhbərliklə münasibətlərdə iddialı, dominant davranmaq əvəzinə, strateji səssizliyi qorumaq bu gün sizin ən böyük gücünüz olacaq.
Buğa
Həm iş həyatınızda, həm də pərdəarxası, emosional münasibətlərinizdə olduqca güclü və dəstəkləyici təsirlər altındasınız. Son günlərdə hiss etdiyiniz zehni və ya fiziki təzyiqlərdən sonra bu gün daxili bir rahatlama, sakitləşmə dövrünə keçirsiniz. Xüsusilə yaradıcı layihələrə və ya hobbilərinizə özünüzü tamamilə həsr edə bilərsiniz. Şəxsi həyatınızda daxili səsinizə qulaq asın, sabırlı olmaq sizə gözəl nəticələr gətirəcək.
Əkizlər
Bürcünüzdəki hərəkətlilik sizə böyük bir özgürlük, sərbəstlik və spontan hərəkət etmək arzusu verir. Özünüzə olan inamınızın artması ilə ünsiyyət kanallarınız tamamilə açılır. Bu gün ətrafınızdakı insanların sizin haqqınızda xoş sözlər danışdığını eşidə bilərsiniz. Karyeranızda maraqlı inkişaf və ya gözlənilməz istiqamət dəyişiklikləri baş verə bilər, yeni təkliflərə açıq olun.
Xərçəng
Bu gün daxili dünyanıza, ailənizə və yaxın ətrafınıza fokuslanmaq sizə daha yaxşı təsir edəcək. Zehni olaraq bir az yavaşlamaq və son zamanlarda yaşanan hadisələri təhlil etmək istəyə bilərsiniz. Ev daxilində və ya yaxın dostlarla edilən səmimi söhbətlər gələcəyə dair planlarınızı formalaşdırmaqda kömək edəcək. Fədakarlıq və şefqət hisslərinizin yüksək olduğu bir gündür, ətrafınızdakılara kömək etmək motivasiyanızı artıracaq.
Şir
Ünsiyyət mühitinizin, telefon zənglərinin və qısamüddətli planların sıx olduğu bir bazar ertəsidir. Fikirlərinizi orijinal və fərqli şəkildə ifadə etmək bacarığınız həm işdə, həm də dostlar arasında sizi ön plana çıxaracaq. Ticarət, təhsil və ya yeni müqavilələrlə bağlı mövzularda yaradıcı ideyalarınız bəhrəsini verə bilər. Yaxın ətrafınızdan gözlədiyiniz mühüm bir xəbəri bu gün ala bilərsiniz.
Qız
Ayın bürcünüzdəki hərəkəti bu gün sizi diqqət mərkəzinə qoyur. Həm maddi dəyərlər, həm də özünüzə verdiyiniz daxili dəyər bu gün prioritetiniz olacaq. Pul və büdcə planlaması etmək, gəlirlərinizi artırmaq üçün analitik zəkanızdan istifadə etmək adına əla zamandır. Həyatınıza və xarici görünüşünüzə fərqli, yeni bir baxış bucağı qazandırmaq daxilən yeniləndiyinizi hiss etdirəcək.
Tərəzi
Bu gün həyatınıza dair yeni bir perspektiv qazanmaq, daxili olaraq yenilənmək və gələcəyə daha böyük bir ümidlə baxmaq üçün daxili güc tapacaqsınız. Zehni parıltılarınız, fərqli düşüncə tərziniz ətrafınızdakı insanların da diqqətini çəkəcək. İkili münasibətlərdə keçmiş bəzi mövzuları kənara qoyub yeni, təmiz bir səhifə açmaq istəyə bilərsiniz. İnkişaf və öyrənmək üçün qarşınıza gözəl fürsətlər çıxa bilər.
Əqrəb
Göy üzündəki mövcud tranzitlər bu gün sizə yüksək bir xəyal gücü və yaradıcılıq bəxş edir. Hadisələri çətinləşdirmək və ya zorla idarə etməyə çalışmaq əvəzinə, axışda qalmaq sizə daha çox fayda gətirəcək. Daha əvvəl fərqinə varmadığınız gizli qaynaqları, məlumatları kəşf edə bilərsiniz. Kiçik bir maddi qazanc və ya başqalarından gələcək mühüm dəstək gündəminizi müsbətə doğru dəyişə bilər.
Oxatan
Sosial əlaqələr, dostluqlar və gələcəyə dair ümidləriniz bu gün ön plandadır. İnsanlarla bağ qurmaq, qruplarla işləmək və ya şefqətlə kiməsə kömək etmək sizə daxili bir sağalma bəxş edəcək. Bu gün enerjinizi və zamanınızı başqaları ilə cömertcə paylaşmağa meyllisiniz. Yaradıcı şəkildə atacağınız ortaq addımlar və ya layihələr gələcəkdə sizə uğurlu qapılar aça bilər.
Oğlaq
Karyeranız, cəmiyyətdəki statusunuz və məsuliyyətləriniz bu gün güclü bir intuitiv baxış tələb edir. Bu gün həm pratik məsələləri asanlıqla həll edəcək, həm də daxili səsinizə güvənərək doğru qərarlar verəcəksiniz. Ailənizə, işinizə və ya sağlamlıq proqramınıza olan bağlılığınız daxili motivasiyanızı və moralınızı xeyli yüksəldəcək. Şəxsi həyatınız hazırda daxilən sizi qidalandıran zəngin bir dövrlə müşayiət olunur.
Dolça
Bu gün göy üzü sizi bir az rahatlamağa, baş verənləri qəbul edib sindirməyə təşviq edir ki, bu da həftənin ilk günü üçün olduqca təravətləndirici olacaq. Özünüzü daha isti, səmimi və rəvan şəkildə ifadə etmək üçün güclü bir ilham hiss edə bilərsiniz. Uzaq səyahətlər, fərqli mədəniyyətlər, təhsil və ya hüquqi məsələlərlə bağlı planlar qurmaq üçün zehni olaraq çox məhsuldar bir gündür.
Balıqlar
Maliyyə tərəfdaşlıqları, ortaq qaynaqlar, kreditlər və ya vergilər kimi sahələrdə uzunmüddətli və strateji qərarlar verməli ola bilərsiniz. Detallara və sənədləşmələrə qarşı səbirlə yanaşsanız, doğru zamanı rahatlıqla tutacaqsınız. Sevgi və şəxsi həyatınızda isə həddindən artıq idarəetmə və nəzarət arzusunu buraxmaq sizə də, tərəfdaşınıza da yaxşı təsir edəcək; münasibətdə emosional dərinlik və qarşılıqlı anlaşma ön plana çıxır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Günün qoroskopu: Məsuliyyətin və zəhmətin nəticə verdiyi dövrdəsiniz
-
Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Noyabrda yalnız 4 BÜRC daha çox sevgi alacaq
XƏBƏR LENTİ
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı





