İtaliya əsilli futbolçu: "Azərbaycan millisinin formasını geyinmək böyük şərəfdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda altı il yaşamışam və bu ölkəni çox sevirəm. Ona görə də burada komandaya qoşulacağım günü səbirsizliklə gözləyirəm".
Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-21 millisinə cəlb olunan İtaliyanın "Sampdoriya" komandasının futbolçusu Lorenzo Mezzotero deyib.
Gənc hücumçu əsas məqsədinin daim inkişaf etmək olduğunu söyləyib:
"Hazırda bütün diqqətimi hər gün daha da yaxşılaşmağa yönəltmişəm. Çox çalışmaq, oyundan zövq almaq, komandanın qələbələrinə töhfə vermək və qollar vurmaq istəyirəm. Qalan uğurlar isə addım-addım gələcək".
Oyunçu Azərbaycan millisində oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Bu komandanın formasını geyinmək böyük şərəfdir".
Futbolçu İtaliya millisindən hər hansı təklif almadığını da vurğulayıb.
Məlumat üçün bildirək ki, Lorenzo Mezzotero "Neftçi" Futbol Akademiyasının yetirməsidir.
Qeyd edək ki, U-21 millisi mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Kollektiv Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Tarqovu”da gənc qızın qəribə hərəkətləri DİQQƏT ÇƏKDİ - VİDEO
-
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Sürücülərə ŞAD XƏBƏR: Bu yolun bərpasına başlanıldı
-
İllüziyaçı 4 nəfəri YOXA ÇIXARDI - VİDEO
-
Sabah işdən tez ÇIXA BİLƏCƏKSİNİZ
-
Xamenei üz, baş və ayağından xəsarət alıb - RƏSMİ
-
Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib
-
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar - FOTO
-
"Borca 150 avro verdi ki, sonra qaytararsan"
-
İtaliya əsilli futbolçu: "Azərbaycan millisinin formasını geyinmək böyük şərəfdir"
-
Rusiya bir gecədə bu qədər PUA vurdu
-
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
-
Bakı-Tbilisi qatarında bu sənədləriniz mütləq olmalıdır
-
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Müəllimini güllələyən şagirdin məhkəməsi BAŞLADI
-
Messi ilə bağlı pis XƏBƏR
-
Azərbaycanda məşhur bazarın fəaliyyəti dayandırıldı - VİDEO
-
Rəvan 3-cü xanımı ilə FOTO paylaşdı
-
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
-
“Araz-Naxçıvan”dan getdi
-
Tarix Əliyevlə bağlı qərar verildi
-
Bakıda ər-arvad öldürüldü
-
Qohumları ilə ilk dəfə görüşən Xalq artisti KÖVRƏLTDİ - VİDEO





