Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Kentukki ştatının Uilyamstaun qəsəbəsində, İncildə bəhs edilən ölçülərə uyğun olaraq 100 milyon dollar büdcə ilə inşa edilən nəhəng Nuhun Gəmisi parkı - "Ark Encounter" iyulun 7-də qapılarını ziyarətçilərin üzünə açır. Restoran və zoopark kimi də fəaliyyət göstərəcək bu nəhəng layihəyə ilk ildə 1-2 milyon arasında turistin gələcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, tamamilə ağacdan və xüsusi materiallardan hazırlanan bu tarixi rekonstruksiya 155 metr uzunluğunda, 25 metr enində və 155 metr hündürlüyündə dizayn edilib. Gəminin daxilində böyük bir restoranla yanaşı, İncildəki hekayəyə uyğun olaraq hazırlanmış içi doldurulmuş heyvan maketləri və müxtəlif sərgilər yer alır.
Layihənin rəhbəri və "Ark Encounter" parkının sahibi Ken Hem (Ken Ham) gəminin məqsədini bu cür izah edir:
"Bizim əsas məqsədimiz İncildəki hadisələri canlandırmaqdır. Nuhun Gəmisi layihəsi ilə bəşəriyyətə bu nəhəng tufanın və gəmi əfsanəsinin tamamilə real və ağlabatan olduğunu nümayiş etdiririk. Gəmi çöldən baxanda böyük görünür, lakin daxilinə addım atdıqda gözünüzə daha da nəhəng gələcək."
Ken Hem bu parkın təkcə xristianlar üçün deyil, bütün dinlərin nümayəndələri və turistlər üçün vizual baxımdan estetik və maarifləndirici bir məkan olduğunu vurğulayıb.
Yeni park hər il yarım milyon ziyarətçi qəbul edən məşhur "Yaradılış Muzeyi"nin (Creation Museum) yaxınlığında yerləşir. Muzeydə meyvə yeyən dinozavrlar ilə Adəm və Həvvanın maketləri yan-yana nümayiş etdirilir (Hərçənd arxeoloqlar və alimlər dinozavrlar ilə insanların yaşam dövrləri arasında təxminən 66 milyon il fərq olduğunu elmi şəkildə sübut ediblər).
Turizm potensialı yüksək olduğu üçün Nuhun Gəmisi layihəsi dövlət tərəfindən təxminən 18 milyon dollar həcmində vergi güzəşti və turizm təşviqi (subsidiyası) alıb.
"Ark Encounter" parkında çalışmaq istəyən namizədlər üçün maraqlı və fərqli bir qayda tətbiq olunur. Belə ki, işçilər qəbuldan öncə xüsusi bir "inanc sözləşməsi" imzalamalıdırlar. Onlar İncildəki yaradılış hekayəsinə və böyük tufanın tarixi bir həqiqət olduğuna ürəkdən daxilən inandıqlarını bəyan edirlər. Gəminin tikintisində də yalnız müqəddəs kitabı mütləq həqiqət kimi qəbul edən dülgərlər və xristian rəssamlar iştirak ediblər.
Parka giriş qiymətləri böyüklər üçün 40 dollar (təxminən 68 AZN), uşaqlar üçün isə 28 dollar (təxminən 47 AZN) olaraq təyin edilib. Ken Hem layihəsinin uğuruna tam əmin olduğunu bu sözlərlə ifadə edir: "Əgər bunu inşa etsək, insanların bura axın edəcəyinə inanırdım. Onlar mütləq gələcəklər."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
Türkiyədə zəlzələ oldu
XƏBƏR LENTİ
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
Sobada pambıq kimi antrikot resepti
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı
-
77 yaşlı Xalq artisti oğluna toy edir
-
Komandası tarix yazdı - göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
"21 ildir ki, bu üzük barmağımdadır"
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO





