Badımcanı belə bişirin, dadı ətdən daha ləzzətli olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Badımcan dedikdə çoxumuzun ağlında ilk olaraq yağda qızartma fikri canlanır. Lakin badımcanı yağın içində ağırlaşdırmadan, sobada və bol aromalı xüsusi sousla hazırladıqda ortaya tamamilə fərqli bir dad çıxır. Üstəlik, ət istifadə edilmədən hazırlanan bu resept doyumculuğu ilə süfrədə əsas yemək effekti yaradır.
Yeməyin ən böyük sirri tərəvəzlərin çox yağ çəkməsinin qarşısını almaqdır. Bu üsulda badımcanlar öz təbii aromasını itirmədən bişir və sousla birləşdikdə möhtəşəm bir dad qazanır.
Milli.Az lazım olan məhsulları təqdim edir:
Əsas tərəvəzlər:
1 kiloqram badımcan
1 kiloqram kartof
1 tatlı qaşığı duz
4 xörək qaşığı duru yağ
Xüsusi sousu üçün:
1 qəhvə fincanına yaxın duru yağ
4 diş sarımsaq
2 orta boy baş soğan
1 orta boy pomidor
2 ədəd yaşıl şirin bibər
1 ədəd qırmızı şirin bibər (kapya)
1 çay qaşığı pomidor tomatı (salça)
1 çay qaşığı qırmızı şirin toz bibər
1 çay qaşığı duz
1 çay qaşığı kimyon (zirə)
1 çay qaşığı istiot (qara bibər)
1 tatlı qaşığı pul bibər
1 su stəkanı su
Üzəri üçün:
1 böyük boy pomidor
4 ədəd yaşıl acı və ya şirin bibər
Hazırlanma qaydası
Badımcanları zolaq-zolaq soyun. Tamamilə soymaq əvəzinə xətlər buraxmaq həm görüntünü, həm də bişmə balansını qoruyur. Badımcanları çox kiçik olmayacaq şəkildə iri-iri doğrayın (çox nazik olduqda sobada dağıla bilər).
Kartofları isə badımcanlardan bir az daha nazik doğrayın, çünki kartof badımcana nisbətən daha gec yumşalır. Doğranmış tərəvəzləri geniş bir qaba alıb üzərinə 4 xörək qaşığı duru yağ və 1 tatlı qaşığı duz əlavə edərək yaxşıca harmanlayın.
Hazırladığınız tərəvəzləri soba qabına tökün. İstəsəniz nizamsız, istəsəniz də vizual olaraq şık görünməsi üçün növbəli şəkildə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin.
Sirli sousun hazırlanması: Tavaya duru yağı alın və doğranmış soğanları əlavə edin. Tavanın qapağını bağlayaraq orta odda soğanların öz suyu ilə yumşalmasını gözləyin. 5 dəqiqə sonra doğranmış yaşıl və qırmızı (kapya) bibərləri əlavə edin. (Qırmızı bibər yeməyə təbii şirinlik və intensiv aroma qatır).
Bibərlər yumşaldıqdan sonra tomat pastasını əlavə edib qısa müddət qovurun. Sonra doğranmış pomidorları əlavə edin. Qarışığa 1 stəkan su, kimyon, istiot, pul bibər, toz bibər və duzu əlavə edin. Son mərhələdə xırda doğranmış sarımsaqları da qatıb bir-iki dəfə qarışdırın və ocağın altını söndürün.
Sobada yarımçıq bişmiş tərəvəzlərin üzərinə hazırladığınız bu isti sousu bərabər şəkildə yayın. Yeməyin üzərini bəzəmək üçün iri dilimlənmiş 1 ədəd pomidoru və yaşıl bibərləri düzün.
Yeməyi yenidən 200 dərəcəlik sobaya yerləşdirin və təxminən 20 dəqiqə də bişirin. Üzərindəki pomidor və bibərlər xəfif qızarıb rəng aldıqda yeməyiniz hazırdır!
İsti-isti servis edin. Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
-
Prezident İlham Əliyev Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - (Foto)
-
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
-
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq
-
Prezident İlham Əliyev: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - (Canlı yayım)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Elnur Ənvəroğlu TVNET kanalına açıqlama verib - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - (Video)
-
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
-
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - (Foto)
-
Elçin Quliyev DSX şəxsi heyətini təbrik etdi
-
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı
-
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - (Video/Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)





