Siyasət

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

8 Noyabr 2026 14:13
Baxış: 168

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

O, bu barədə "X" sosial media hesabında paylaşım edib.

M.Çavuşoğlu paylaşımında Azərbaycanın Qarabağı işğaldan azad edərək tarixi dastan yazdığını bildirib və şanlı qələbənin altıncı ildönümünü təbrik edib.

"Bu böyük Zəfərin qəhrəmanlarını hörmət və minnətdarlıqla salamlayır, əziz şəhidlərimizi rəhmətlə anırıq. Zəfərlərin daim olsun, şanlı bayrağın azad edilmiş torpaqlarda əbədi dalğalansın, can Azərbaycan!", - deyə o, paylaşımında bildirib.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.