Siyasət

Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir

8 Noyabr 2026 12:19
Baxış: 115

Azərbaycançılıq məfkurəsi ölkənin bütün vətəndaşlarını birləşdirən, Azərbaycanın uğurlarının təməlində dayanan fəlsəfədir.

Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub və bu dəyərlər ölkə üçün hər şeydən üstündür.

"Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu bu dəyərləri biz qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik", - Prezident qeyd edib.

Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinin ölkədə yaşayan müxtəlif etnik qrupları və dinlərin nümayəndələrini birləşdirdiyini vurğulayıb.

"Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır", - dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətin vahid amal uğrunda birləşməsi bugünkü dünyada az rast gəlinən mənzərədir.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.