Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan heç kimdən asılı olmayan güclü dövlətdir.
Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı bildirib ki, 30 illik işğala, əzab-əziyyətlərə və Ermənistanın arxasında dayanan böyük dövlətlərin təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı öz iradəsini qoruyub saxlayıb.
"Ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, iradə göstərdi, iradəsini saxladı və mənə dəstək verərək bizim qələbəmizi şərtləndirmişdir", - Prezident vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Zəfər Günündə hər bir azərbaycanlı həm qürur hissi keçirir, həm də Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan bundan sonra da elə güclü olmalıdır ki, heç kimin ağlına ölkəyə zərər vermək gəlməsin.
"Bu gün Azərbaycan güclü dövlətdir. Həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən heç kimdən asılı olmayan dövlətdir. Müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir", - Prezident bildirib.
İlham Əliyev müraciətini "Azərbaycan xalqına eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun! Yaşasın Azərbaycan!" sözləri ilə yekunlaşdırıb.
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!
-
Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Xankəndidə də Zəfər Muzeyi olacaq
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
-
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - (Video/Foto)
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov





