Hər kəs bunu edir, amma böyük riskdən XƏBƏRSİZDİR - Çağırış EDİLDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bazarlarda açıq şəkildə satılan meyvə və tərəvəzlərə hər zaman böyük maraq olsa da, bu məhsulların gigiyenik baxımdan diqqətlə seçilməsi vacibdir. Açıq şəraitdə saxlanılan məhsullar toz, bakteriya və müxtəlif viruslarla təmasda ola bildiyi üçün onların düzgün yuyulmadan istifadə edilməsi sağlamlıq üçün riskli ola bilər.
Məsələ ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, bazara çıxarılan məhsullar mütləq şəkildə yoxlanılmalıdır. Onun sözlərinə görə, xüsusilə açıq şəraitdə satılan məhsullara nəzarət daha ciddi aparılmalıdır:
"Çünki əks halda bakteriya, virus və digər infeksiyaların yayılmasına səbəb ola bilər".
Terapevt qeyd edib ki, alınan məhsullar evə gətirildikdən sonra mütləq yuyulmalı və dezinfeksiya edilməlidir. Hətta məhsullar soyuducuya və ya şkafa yerləşdirilməzdən əvvəl də yuyulmalıdır.
G.Lətifova vurğulayıb ki, açıq şəraitdə satılan məhsullar qapalı məhsullarla müqayisədə daha risklidir:
"Açıqda satılan məhsullara müxtəlif insanların toxunması, yol kənarında qalması və digər faktorlar təhlükə yaradır. Pandemiyadan sonra insanlar bu məsələlərə daha diqqətli yanaşmalıdır".
Terapevt nəzərə çatdırıb ki, gigiyenik qaydalara əməl olunmaması virus və bakteriyaların artmasına, bunun da kəskin və xroniki xəstəliklərə səbəb olmasına gətirib çıxara bilər. Bəzi hallarda isə mövcud xəstəliklərin ağırlaşması mümkündür.
Terapevt vətəndaşları diqqətli olmağa çağırıb:
"Hər bir şəxs aldığı məhsulun təmiz şəkildə həm evə daxil edilməsinə, həm də istifadə olunmasına diqqət yetirməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə istehsal olunan, həmçinin idxal edilən bitki və bitkiçilik məhsullarına AQTA tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Bu nəzarətin əsas məqsədi ölkə ərazisinin təhlükəli zərərverici orqanizmlərdən qorunması, bitki sağlamlığının təmin olunması və istehlakçıların təhlükəsiz məhsullarla təmin edilməsidir:
"Belə ki, meyvə-tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatlarda məhsulların vegetasiya dövrü ərzində Agentliyin "Milli Monitorinq Planı"na uyğun olaraq fitosanitar monitorinqlər aparılır. Monitorinqlər zamanı əkin və bağ sahələrində bitkilərin fitosanitar vəziyyəti qiymətləndirilir, zərərvericilər, xəstəlik törədiciləri və alaq otlarının yayılma səviyyəsi araşdırılır".
Bundan əlavə qeyd olunub ki, məhsulların toksikoloji göstəriciləri və pestisid qalıqları yoxlanılır, mütəmadi olaraq nümunələr götürülərək laborator analizlərə cəlb edilir. Aparılan laborator müayinələr zamanı pestisid qalıqlarının yol verilən həddən artıq olub-olmaması müəyyən edilir və məhsulların təhlükəsizlik göstəriciləri qiymətləndirilir.
Eyni zamanda nəzərə çatdırılıb ki, ölkəyə idxal olunan bitki və bitkiçilik məhsulları üzrə risk əsaslı yanaşma tətbiq edilir. Risk səviyyəsindən asılı olaraq məhsullar fitosanitar baxışdan keçirilir, sənədləri yoxlanılır və laborator müayinələrə cəlb olunur. Vurğulanıb ki, müayinələrin məqsədi məhsullarda karantin tətbiq olunan zərərli orqanizmlərin, müxtəlif bitki xəstəliklərinin, pestisid qalıqlarının və digər fitosanitar risk amillərinin mövcudluğunu müəyyən etməkdir. Bu çərçivədə idxal olunan məhsullardan götürülən nümunələr laborator şəraitdə analiz edilir, pestisid qalıqları üzrə göstəricilər qiymətləndirilir və məhsulların müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır:
"Həyata keçirilən nəzarət tədbirləri kənd təsərrüfatı bitkilərinin təhlükəli xəstəlik və zərərvericilərdən qorunmasına, ölkə daxilində bitki xəstəliklərinin yayılmasının qarşısının alınmasına, sağlam məhsul dövriyyəsinin təmin edilməsinə və nəticə etibarilə təhlükəsiz meyvə-tərəvəz məhsullarının bazarlarda satışına imkan yaradır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
XƏBƏR LENTİ
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)





