İdman

Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi

24 May 2026 21:25
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid" təyinatdan sonra baş məşqçi Joze Mourinyoya ildə altı milyon avro ödəyəcək. Bu məbləğ "kral klubu"nun sabiq baş məşqçisi Xabi Alonsonun maaşına yaxındır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sport.es portalı jurnalist Ramon Alvares de Monaya istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda portuqaliyalı mütəxəssisin neçə mövsümlük müqavilə imzalayacağı məlum deyil.

Həmçinin portal "Real"ın Mourinyonun hazırkı klubu "Benfika"ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün yeddi milyon avro ödəyəcəyi barədə məlumatları təsdiqləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.