Mədəniyyət

WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO

23 May 2026 19:33
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri növbəti dəfə sənətsevərlərə unudulmaz musiqi axşamı bəxş edib. WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının bir-birindən dəyərli əsərləri tanınmış ifaçıların iştirakı ilə təqdim olunub.

Orkestrin peşəkar ifası və solistlərin yüksək sənətkarlığı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Proqram boyu dinləyicilər həm klassik, həm də müasir musiqi nümunələrinin harmoniyasının şahidi olublar.

Orkestrin dirijoru Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə təqdim olunan proqram yüksək səviyyədə təşkil olunub. Gecədə tanınmış ifaçıların çıxışları tədbirə xüsusi rəng qatıb. Musiqiçilərin canlı ifaları və orkestrin zəngin repertuarı dinləyicilərə xoş ovqat yaşadıb. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.