“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kəpəz" Misli Premyer Liqasının 33-cü turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəldikdə, uşaqlar döyüşdülər, bacardıqlarını etdilər. Hər birinə təşəkkür edirəm. Biz gələndə "Kəpəz"in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə vəziyyətdə komandanı götürmək çətin idi. 12 legioner transfer olunmuşdu. Bunun fonunda komandanı Premyer Liqada saxladıq. Klubda çalışan hər kəsə təşəkkür edirəm.
- Bu gün meydanda olan gənc oyunçulardan kimləri xüsusi qeyd edərdiniz?
- Şahnur İsmayılovla Raul Hüseynlini vurğulamaq istərdim. Bacarıqlı futbolçulardır. Daha çox çalışmalıdırlar. Çünki artıq üzərlərində diqqət var.
- "Kəpəz"dən ayrılıb "Şamaxı"ya keçəcəyiniz deyilir. Bu barədə fikirlərinizi bildirə bilərsiniz?
- Bu barədə danışmaq istəmirəm. Klubun rəsmi hesablarında məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu olar.
- Oyun bitəndən sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sizə haqsızlıq edildiyini düşünmürsünüz?
- Futbolda belə şeylər var. Anlaşılmazlıqlar həmişə olub. Azarkeşlərdən razıyam. Gəncə azarkeşləri futbolu bilirlər. Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunmuşdu. Beynimdə müəyyən məsələlər var. Hər şey üçün zaman lazımdır. Klubun etdiyi təklif builkindən yaxşı idi.
Ətraflı
- Klubun sizə daha yaxşı təklif etdiyini dediniz. Bəs niyə razılığa gələ bilmirsiniz?
- Doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Daim "Kəpəz" azarkeşlərini sevindirmək istəmişəm. Büdcə buna imkan verməyəcəksə, azarkeşlərin yanında əlacsız durumda olacağam.
- "Şamaxı"nın oyununu izləməyiniz xoş qarşılanmadı. Bununla bağlı nə deyə bilərsiniz?
- Biz futbol adamıyıq. Səhər tezdən məşqimiz yüksək səviyyədə keçmişəm. Özüm də uşaqlarla futbol oynadım. Qəbələdə evim var. Düşündüm ki, gedib orada futbola baxım. Qəbələdə bir gün qalıb sonra Bakıya gəlmişəm. İfadəmə görə üzr istəyirəm, barda olmamışam ki... Futbol adamıyam, stadionda olmalıyam da. Sabah başqa oyuna baxa bilərəm.
- Klub rəhbərliyi ilə münasibətiniz necədir?
- Adil Vəliyevlə, Fərman müəllimlə çox yaxşı münasibətimiz var. Bəzi məsələlər var ki, bilinmir. Belə olanda qərar vermək çətindir. Düşünürəm ki, hər şey yaxşı olar.
- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə tələbi qoyub?
- Xeyr. Məsələ tək büdcə deyil. Bir komandanı formalaşdırmaq üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?
Qeyd edək ki, A. Bağırov Misli Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən "Qəbələ"-"Şamaxı" (3:1) matçını stadiondan izləyib. Onun mövsüm sonunda Gəncə təmsilçisindən ayrılıb "Şamaxı"ya gedəcəyi iddia olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Acunun komandası İngilətərə Premyer Liqasına vəsiqə qazanıb
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
XƏBƏR LENTİ
-
“Anam kimi adam öldürməmişəm”
-
Medvedyev, Paşinyan və qaz riyakarlığının bədəli
-
Acunun komandası İngilətərə Premyer Liqasına vəsiqə qazanıb
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO





