Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
Medvedev Rusiya qazının qiymətlərini qoruyub saxlamaq istəyən, eyni zamanda isə Avropa İttifaqı ilə yaxınlaşan Ermənistan baş nazirinin siyasətini tənqid edib.
Milli.Az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma kursunu tənqid edərək bildirib ki, İrəvan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında iştirakın üstünlüklərini qoruyub saxlamağa, həm də Aİ ilə münasibətləri inkişaf etdirməyə çalışır.
Medvedev özünün "X" kanalında qeyd edib ki, "iki stul arasında oturmağa çalışan kəs yerə ağrılı şəkildə yıxılmaq riski daşıyır".
"Görünən odur ki, Nikol ləqəbli bir nəfər yaxın vaxtlarda məhz bunu etməyə hazırlaşır. O, öz 'superdövlətini' israrla Avropa İttifaqına sürükləyir, eyni zamanda isə Avrasiya İqtisadi İttifaqında iştirakdan doğan bütün mənfəətləri qoruyub saxlamağa çalışır", - deyə Medvedev yazıb.
Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə münasibətləri dərinləşdirsə belə, Rusiya qazının hazırkı qiymətlərini qoruyub saxlayacağına ümid edir:
"Rusiya getməkdə olan 'tərəfdaşı' üçün qazın hazırkı qiymətini - hər min kubmetr üçün 177,5 dollar səviyyəsində saxlamalıdır", - deyə o, vurğulayıb və əlavə edib ki, 2026-cı ilin may ayında Avropada qazın birja qiymətləri hər min kubmetr üçün 570-590 dollar səviyyəsində olub.
"Axı hər kəsə bəllidir ki, Avropa qaz qiymətlərinə keçid baş verərsə, 'A' ölkəsinin əhalisi bu dayını birbaşa Parisə, onun sevgi dolu dostu Makronun yanına qovacaq. Ona görə də dünyada hamının xoşuna gəlməyə çalışaraq min bir oyundan çıxmaq məcburiyyətində qalır. Amma belə şey olmur", - deyə Medvedev bəyan edib.
Bundan əvvəl, mayın 22-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Paşinyanın Rusiyaya qarşı siyasətini qeyri-dost addım adlandırmışdı.
"Dövlət Dumasının deputatlarının fikrincə, Ermənistanın baş naziri Paşinyan ölkəmizin təqdim etdiyi imkanlardan rəzilcəsinə istifadə edərək Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür. BU, VİCDANSIZLIQDIR. Bütün bunları, daha əvvəl də dediyim kimi, Ukrayna nümunəsində görmüşük", - deyə Volodin qeyd etmiş və Rusiyanın Ermənistana qazı öz ziyanına tədarük etdiyini vurğulamışdı.
Ermənistanın Aİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı kursu
Ermənistan rəsmi şəkildə Aİ-yə üzv olmaq canatımını bəyan edib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub. Mayın 5-də İrəvanda tarixdə ilk dəfə olaraq Ermənistan və Avropa İttifaqının ikitərəfli sammiti keçirilib. Bu tədbir 40-dan çox Avropa liderini bir araya gətirən Avropa Siyasi Birliyinin sammitindən dərhal sonra baş tutub.
Aprel ayında Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşündə xatırlatmışdı ki, Ermənistan eyni vaxtda həm Gömrük İttifaqında, həm də Avropa İttifaqında təmsil oluna bilməz.
Aprelin əvvəlində Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiya qazının qiymətinin artacağı təqdirdə, Ermənistanın KTMT və Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasının mümkünlüyünü istisna etməmişdi.
Qeyd edək ki, son dövrlər Paşinyanla bağlı tənqidi fikirlər həm ölkə daxilinində, həm də xaricdə geniş vüsət alıb. Paşinyanın seçkiqabağı kampaniyada sərgilədiyi gülünc vəziyyət onu ölkəsində və beynəlxalq aləmdə daha da gözdən salıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib - FOTO
-
CHP qurultayı ilə bağlı əməliyyat: 13 nəfər SAXLANILDI
-
XİN Çinə başsağlığı verdi
-
“ABŞ ilə danışıqlarda qəti nəticə gözlənilmir”
-
"Ukraynaya hərbçi göndərməyəcəyik"
XƏBƏR LENTİ
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO





