Maraqlı

Qayınana və kürəkən səmimiyyəti MÜZAKİRƏ YARATDI - VİDEO

23 May 2026 12:39
Baxış: 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə yayılan ailə videosu geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, görüntüdə gənc ailənin səmimi anları yer alıb.

Videonu ailənin xanım üzvünün çəkdiyi bildirilir. Kadrlara daha sonra qayınananın da daxil olması izləyicilərin diqqətini çəkib. Ailə üzvlərinin bir-birilərini qucaqlayıb öpməsi və mehriban davranışları sosial mediada fərqli reaksiyalar doğurub.

Xüsusilə kürəkənlə qayınananın həddindən artıq səmimi görüntüləri istifadəçilər arasında müzakirə mövzusuna çevrilib. Bəzi izləyicilər bunu ailədaxili yaxın münasibət kimi qiymətləndirsələr də, digərləri davranışların normadan artıq olduğunu düşünərək tənqid ediblər.

Paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. Şərhlərdə "hər ailənin münasibəti fərqlidir" fikri ilə yanaşı, "bu qədər yaxınlıq doğru görünmür" kimi rəylər də yer alıb.

Bir-birini öpüb qoxlayan ailə üzvlərinin görüntüləri sosial mediada birmənalı qarşılanmayıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.