Türkiyə

Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO

23 May 2026 19:37
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ankarada platforması açıq vəziyyətdə hərəkət edən yük maşınının piyada keçidinə çırpılması nəticəsində körpü tamamilə uçub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəhşətli qəza zamanı arxadan gələn iki nəqliyyat vasitəsinin də yük maşını ilə toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Məlumata görə, hərəkətdə olan yük avtomobilinin platforması qəfildən açılmağa başlayıb. Ətrafdakı digər sürücülərin siqnal verərək etdiyi xəbərdarlıqlara məhəl qoymayan sürücü yüksək sürətlə yolun üzərindəki piyada keçidinə çırpılıb. Zərbənin gücündən üst keçid yola aşıb. Bu zaman yoldan keçən mikroavtobus və minik avtomobili də dağıntılar altında qalıb.

Hadisə yerinə çoxlu sayda polis, təcili yardım, AFAD və xilasetmə qrupları cəlb edilib. Avtomobillərdə olan və yüngül xəsarət alan 3 yaralı ilkin tibbi yardımdan sonra xəstəxanayaa aparılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.