Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akademik Milli Dram Teatrında İnqmar Berqmanın "Payız sonatası" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Həsənov, plastik həlli Lalə Hacıyeva, rejissor assistenti isə Könül Kərimovadır.
Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Yeni səhnə əsərində Xalq artisti Zemfira Nərimanova, əməkdar artistlər Məsmə Aslanqızı və Elşən Rüstəmov iştirak edirlər.
Hər bir ailə gizli bir məbəd kimidir - bəzən duaların oxunduğu, bəzən isə ən ağır günahların sakitcə divarlara hopduğu bir məkan. Bu malikanə əslində yeddiillik bir sükutun və içdə böyüdülən nifrətin partlayış poliqonudur. Dünyaca məşhur pianoçu, sənətin və eşqin zirvəsində dayanan ana ilə onun kölgəsində böyüyən, sevgisizlikdən vaxtsız qocalan qızı illər sonra eyni damın altında üz-üzə gəlir.
Lakin bu görüş bir qucaqlaşma deyil, iki fərqli dünyanın qanlı toqquşmasıdır. Böyük sənət yaratmaq üçün insan öz doğmalarının ruhunu qurban verməlidirmi? Sənətkar eqoizmi harada bitir, ana vicdanı harada başlayır?
Evin hər küncündə, iflic vəziyyətdə dilsiz bir əzab kimi yaşayan o biri qız isə bu ailənin gizli qalmış simvoludur. O, ananın şüuraltı vicdan əzabı, bacısının isə içindəki dilsiz ağrının plastik və vizual təcəssümüdür. Hər şeyi kənardan sakit şəkildə izləyən kişinin neytral mövqeyi isə bu dünyanın səssiz çığırtısına çevrilir.
Bu əsər bir-birinə toxuna bilməyən, bir-birini bağışlaya bilməyən insanların tragik çarəsizliyini ifadə edir.
"Ananın bətnində başlayan o zəncir heç vaxt qırılmır... Ananın bədbəxtliyi qızın bədbəxtliyinə çevrilir." Tamaşa, hər kəsi öz daxili məhkəməsinə və ruhunun ən qaranlıq otaqlarına baxmağa dəvət edir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO
-
“Qurd Əfsanəsi” adlı mono tamaşa təqdim olunub - FOTO
XƏBƏR LENTİ
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
Şahbaz Şərif Çində səfərdədir
-
Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü





