Mədəniyyət

XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO

23 May 2026 15:12
Baxış: 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan konsert yüksək səviyyədə və böyük uğurla baş tutdu. Musiqi axşamında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış etdi.

Konsert proqramı Azərbaycan və dünya musiqisinin seçilmiş nümunələrini əhatə edirdi. İlk olaraq, Musa Mirzəyevin Üzeyir Hacıbəyliyə ithaf olunmuş simli orkestr üçün poeması, daha sonra Adil Bəbirovun tar və orkestr üçün konserti Elçin Həşimovun (tar) ifasında səsləndirildi.

Konsert proqramında Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti (I hissə) Elnur Əhmədovun ifasında təqdim olundu. Eyni zamanda Ülviyyə Hacıbəyova (piano) Witold Lutoslawski-nin "Paqanini mövzusuna variasiyalar" əsərini (piano və orkestr üçün) ifa etdi. 

Tədbirin sonunda Maurice Ravel-in məşhur "Bolero" əsəri (simli orkestr üçün işləmə) səsləndirildi və dinləyicilər tərəfindən böyük alqışlarla qarşılandı.

Konsert çərçivəsində təqdim olunan zəngin və rəngarəng proqram, solistlərin peşəkarlığı və orkestrin yüksək ifaçılıq səviyyəsi dinləyicilərə unudulmaz musiqi anları yaşatdı. Bu tədbir beynəlxalq forum çərçivəsində mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən əlamətdar sənət hadisəsi kimi yadda qaldı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.