Azərbaycanda sənaye meşələri salınacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq:
"Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin cəmiyyətdən və yerli sahibkarlardan bu istiqamətdə müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda, sənaye meşələrinin salınması geniş tətbiq olunur -xüsusilə Çində, həmçinin Almaniya və İspaniyada, Özbəkistanda isə son dövrlərdə geniş şəkildə həyata keçirilir.
Bizim özbək tərəfdaşlarımızla görüşdə pavloniya və tez bitən qovaq ağaclarının əkilməsi təşəbbüsü irəli sürülüb və bu məsələ araşdırılıb. Hesab edirik ki, bu növ ağaclardan sənaye meşəsi məqsədilə istifadə, sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirmək Azərbaycan üçün irəliləyiş olacaq. Bu, meşələrin sürətlə bərpasına imkan verəcək və əhalimiz də bundan yararlana biləcək.
Əsas məqam Pavloniya ağaclarının Azərbaycan üçün xas olmamasıdır, buna görə də məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq növbəti addımlar atılacaq. Eyni zamanda, layihənin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq edilir, xarici mütəxəssislər də cəlb olunur. Avropa ölkələrində də bu tip ağac əkilməsi aktiv şəkildə həyata keçirilir," - deyə nazir əlavə edib.
Qeyd edək ki, geniş müsahibə bu gün 18:00-da Trend Beynəlxalq İnformasiya Agentliyində və ARB24 kanalında yayımlanacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şahbaz Şərif Çində səfərdədir
-
Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü
-
Hörmüz boğazından 25 gəmi keçib
-
Azərbaycanda sənaye meşələri salınacaq
-
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO
-
Bu qida və içkilər daha rahat yatmağa kömək edə bilər
-
Elvin Cəfərquliyev milliyə çağırıldı
-
ABŞ rəsmisinin paylaşımı dünya mediasında müzakirə yaratdı
-
Güclü yağışlar bu yolu yararsız vəziyyətə saldı
-
İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq
-
Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
-
Qvardiolanın işləmək istədiyi yeri AÇIQLADI
-
Bu şəxslərə 37,1 mln. manat ödənilib
-
Dünya çempionu keçmiş "Qalatasaray"lı karyerasını BİTİRİR
-
Varlı adamın məzarından SƏRVƏT ÇIXDI - VİDEO
-
Bazar günü əsl yay havası olacaq
-
Arvadı iş yerində xəyanət üstündə TUTDU - VİDEO
-
Bakını içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq
-
Qayınana və kürəkən səmimiyyəti MÜZAKİRƏ YARATDI - VİDEO
-
Yeniyetmənin meyiti tapıldı
-
“Gözəlliyim çoxlarına DƏRD OLUB” - FOTOlar
-
Tabutda yatan meyit "DİRİLDİ": Video 35 milyon İZLƏNİB
-
Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib - FOTO
-
49 yaşlı Xalq Artisti makiyajsız VİDEOsunu yaydı





