Cəmiyyət

Bu şəxslərə 37,1 mln. manat ödənilib

23 May 2026 13:33
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Milli.Az xəbər verir ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 60 mindən çox şəxs həmin ödənişlərlə təmin olunub.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 37,1 mln. manat vəsait ödənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.