1394 nəfərin buraxılış imtahanı nəticəsi dəyişdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasının nəticələri açıqlanıb.
Milli.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün komissiyaya ərizə ilə müraciət edib.
Məlumata görə, edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Müraciətlərin 186-sı boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 356-sı isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.
Şagirdlər elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə "sms" məlumat göndərilib.
Qeyd edək ki, Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin 1690 (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,06%-i) yazı işi ilə bağlı düzəliş edilib və bu düzəlişlərdən 508-i yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müvafiq düzəlişlər 25-26 may 2026-cı il tarixlərində şagirdlərin şəxsi kabinetlərində yekun ballarında öz əksini tapacaq.
Milli.Az
XƏBƏR LENTİ
-
Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
-
COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
-
Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda qətl hadisəsi baş verib
-
Gəncədə baba və nəvəsini moped vurdu
-
Bakıda 35 milyonluq park salınır
-
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
-
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
-
Notarius ilk məhkəməsində həbs edildi
-
Ən çətin bağışlayan bürclər
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Bu gün “Neftçi”nin oyunu var - Start heyətlər
-
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - (Foto)
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq





