Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq münsiflər heyəti ilk dəfə dünyanın ən gözəl sözünü müəyyənləşdirib. Qalib Yeni Zelandiyanın yerli xalqı olan maorilərin dilindəki qeyri-adi "kaitiakitanga" sözü olub. Bu söz ekspertləri yalnız səslənməsi ilə deyil, dərin mənası ilə də təsirləndirib.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqəni xarici dil öyrənmə platforması "Babbel" təşkil edib. Qiymətləndirmə zamanı sözlərin ahəngdar səslənməsi, mədəni dəyəri, mənasının unikallığı və müasir dünya üçün aktuallığı nəzərə alınıb. "Kaitiakitanga" məhz bu xüsusiyyətlərin cəminə görə yüzlərlə digər sözü qabaqlayıb.
"Kaitiakitanga" nə deməkdir?
Bu sözü Azərbaycan dilinə bir sözlə dəqiq tərcümə etmək demək olar ki, mümkün deyil. Maori mədəniyyətində o, təbiətə, torpağa, suya və bütün canlılara məsuliyyətlə qayğı göstərmək mənasını verir. Burada söhbət yalnız ətraf mühitin qorunmasından getmir. Bu anlayış insanın təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi olduğu dünyagörüşünü ifadə edir.
"Kaitiakitanga" hər nəslin ətraf aləmi gələcək nəsillər üçün qorumaq məsuliyyətini simvolizə edir. Münsiflərin fikrincə, qlobal ekoloji problemlərin artdığı dövrdə bu ideya xüsusi əhəmiyyət daşıyır.
Qalib necə seçilib?
Təşkilatçıların məlumatına görə, yekun səsvermədən əvvəl sosial şəbəkələrdə, dil forumlarında və müxtəlif onlayn platformalarda aparılan minlərlə müzakirə təhlil edilib. Final mərhələsinə dünyanın 75-dən çox dilindən 223 söz seçilib. Daha sonra beynəlxalq münsiflər heyəti əsas qalibi müəyyənləşdirib.
Finala düşən digər gözəl sözlər
"Kaitiakitanga" ilə yanaşı, dərin mədəni məna daşıyan başqa sözlər də ən gözəl sözlər siyahısına daxil edilib.
"Saudade" portuqal dilində itirilmiş və ya əlçatmaz bir şey üçün duyulan həzin həsrəti ifadə edir.
"İkigai" yapon dilində həyatın mənası və ya insanın hər səhər oyanmasına səbəb olan məqsəd deməkdir.
"Hiraeth" uels dilində artıq qayıtmağın mümkün olmadığı evə və ya məkana duyulan nostaljini bildirir.
"Ubuntu" zulu dilində insanlıq, qarşılıqlı hörmət və birlik fəlsəfəsini ifadə edir.
"Luftmensch" isə idiş dilində maddi dəyərlərdən daha çox ideyalar və xəyallarla yaşayan insan mənasını verir.
Təşkilatçılar bildiriblər ki, müsabiqənin məqsədi yalnız ahəngdar səslənən bir sözü seçmək deyil, həm də dünya dillərinin zənginliyini nümayiş etdirməkdir. Çünki bəzi anlayışları bir sözlə başqa dilə çevirmək mümkün olmur. Onlar müxtəlif xalqların özünəməxsus düşüncə tərzini, tarixini və mədəniyyətini əks etdirir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
-
Ən çətin bağışlayan bürclər
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
"Behzat Ç" saxlanıldı - (Yenilənib)
XƏBƏR LENTİ
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
-
Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda qətl hadisəsi baş verib
-
Gəncədə baba və nəvəsini moped vurdu
-
Bakıda 35 milyonluq park salınır
-
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
-
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
-
Notarius ilk məhkəməsində həbs edildi
-
Ən çətin bağışlayan bürclər
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Bu gün “Neftçi”nin oyunu var - Start heyətlər
-
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - (Foto)
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi
-
Tiktoker "Murad Sadə" həbs edildi
-
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - (Foto- Video)





