Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq axtarışda olan daha bir nəfər Ukraynadan Azərbaycana ekstradisiya olunur.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul edilib.
Bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycan Respublikasına təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Əlağa İsmayılovun Azərbaycan Respublikasının cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş hüquq-mühafizə orqanları, o cümlədən İnterpol ilə əməkdaşlığını bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi
-
Tiktoker "Murad Sadə" həbs edildi
-
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - (Foto)
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var
-
"Arsenal"ın keçmiş oyunçusu toyundan sonra izsiz yoxa çıxdı
-
"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
-
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
-
Əli Əsədovdan Kərim Kərimovla bağlı qərar
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi





