Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edirik.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində qeyd edilib.
Bildirilib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib. Apelyasiya instansiyasının qərarı da Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir.
Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.
Fransa tərəfini Azərbaycan Respublikasının suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırırıq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - (Foto- Video)
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb
-
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - (Video)
-
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Notarius ilk məhkəməsində həbs edildi
-
Ən çətin bağışlayan bürclər
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Bu gün “Neftçi”nin oyunu var - Start heyətlər
-
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - (Foto)
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi
-
Tiktoker "Murad Sadə" həbs edildi
-
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - (Foto- Video)
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var
-
"Arsenal"ın keçmiş oyunçusu toyundan sonra izsiz yoxa çıxdı
-
"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı





