Bu qida və içkilər daha rahat yatmağa kömək edə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ildə aparılan araşdırma orta hesabla bir insanın həftədə cəmi üç gecə keyfiyyətli yuxu aldığını ortaya çıxarıb.
Milli.Az xəbər verir ki, gündəlik qəbul edilən bəzi qida və içkilər yuxu keyfiyyətini artırmağa kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, triptofan adlı amin turşusu serotonin və melatonin hormonlarının istehsalında iştirak etdiyi üçün yuxuya müsbət təsir göstərir. Bu maddə əsasən quş əti və yumurtada olur.
Araşdırmalara görə, triptofanla zəngin qidaların karbohidratlarla birlikdə qəbul edilməsi onun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edə bilər. Süd və qatığın yulaf və taxıl məhsulları ilə birlikdə istifadəsinin də yuxunu dəstəkləyə biləcəyi qeyd olunur.
Mütəxəssislər banan, fıstıq yağı və tam taxıllı çörəyin də yatmazdan əvvəl uyğun qəlyanaltı ola biləcəyini bildirirlər. Bundan əlavə, yatmazdan təxminən bir saat əvvəl iki ədəd kivi yeməyin yuxu keyfiyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.
Araşdırmalar vişnə şirəsinin də tərkibindəki triptofan, melatonin və antioksidantlar sayəsində yuxu keyfiyyətini artırdığını göstərir.
Mütəxəssislər eyni zamanda kofein, şəkərli içkilər və acılı qidaların yuxuya mənfi təsir etdiyini bildirirlər. Son araşdırmalara əsasən, yaxşı yuxu üçün yatmazdan təxminən doqquz saat əvvəl qəhvə qəbulunu dayandırmaq tövsiyə olunur.
Həmçinin yatmazdan bir neçə saat əvvəl ilıq duş və ya vanna qəbul etməyin də orqanizmi yuxuya hazırlaya biləcəyi qeyd edilir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Panamada 7,6 ballıq zəlzələ oldu - (Video)
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Tovuzda yaşayış binasında yanğın - tüstüdən zəhərlənən var - (Foto)
-
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
-
Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb, xəsarət alanlar var - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Masazırda avtomobil yanıb - Yenilənib (Foto)
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
-
AZAL Moskvaya bir sıra reysləri müvəqqəti dayandırıb





