Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akademik Milli Dram Teatrında məşhur Çin dramaturqu Lyu Şuqanın "Ölünün diriləri ziyarəti" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, bəstəkarı Azər Hacıəsgərli, tərcüməçisi Etimad Başkeçid, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Seyidxanım Muradova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.
Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni səhnə əsərinin məşqinin başlanması münasibətilə heyəti təbrik edib, məsuliyyətli və gərgin iş prosesində uğurlar arzulayıb.
İlham Əsgərov qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Çin Milli Dram Teatrı, Qansu və Şandun vilayətlərinin milli teatrları ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq münasibətləri qurulub:
"Oktyabr ayında teatrımıza Çin Milli Dram Teatrının direktoru Tian Qinxin və digər teatrların rəhbər heyətlərinin səfəri planlaşdırılır. Yeni tamaşanın premyerası Çindən olan qonaqların iştirakı ilə keçiriləcək. Eyni zamanda nəzərdə tutulur ki, tamaşa Pekində - Çin Milli Dram Teatrında təqdim olunsun".
Tamaşada İlahə Həsənova (Tan Tyantyan), Vüsal Mustafayev (Yo Syaosyao), Xədicə Novruzlu (Lyanlyan, balaca qız), Elçin Nurəliyev (Lyu Fen), Lalə Süleymanova (Han İn), Rəbbilə Ələkərzadə (tibb bacısı, qadın), Muhuma Sahov (Qoca, Hao), Əliulla Vəliyev (həkim, Çjao Teşen), Əli Nurzadə (tələbə) (Teşen, I cibgir, I polis), Rəvan Səmədov (Fan, II cibgir, II polis) iştirak edirlər.
Səhnə əsəri haqqında fikri bir cümlə ilə ifadə etmək mümkün olsaydı, o belə səslənərdi: günah hissinin insana verdiyi əzablardan xilas olmaq və günah işləmiş şəxsi bağışlamaq düşünüldüyü qədər də asan deyil.
Çin ənənəvi estetikasını - plastik rəqs səhnələrini, yenilənmiş formatda təqdim olunan ənənəvi musiqini, ritmik quruluşu müasir dramatik dillə birləşdirən tamaşa psixoloji dərinliyi, milli üslubu, müasir səhnə estetikasını və güclü emosional mesajı bir araya gətirməyi hədəfləyir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO
XƏBƏR LENTİ
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı
-
İmtahan cavablarını buradan yoxlaya biləcəksiniz
-
Putin Qazaxıstana gedir
-
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər - FOTO
-
Moskva üçün strateji sayılan stansiya VURULDU
-
Ebola virusuna yoluxan 18 nəfər xəstəxanadan qaçdı
-
"Qarabağ"ın Avropa Liqasında rəqibləri müəyyənləşdi
-
İmtahanda 7 nəfərdə telefon aşkarlandı
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
Güləşçimiz Avropa çempionu oldu
-
Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək
-
Bu ərazilərdə qaz OLMAYACAQ
-
Ayın 25-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ





