Cəmiyyət

İTV-nin baş direktoru o SEÇİLDİ

25 May 2026 17:03
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru müəyyənləşib.

Milli.Az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İTV-nin baş direktoru Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib .

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.

Qeyd edək ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.